Şövkət Səlimova


Vikimedia layihələrinə töhfə verənlər

Article Images

Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964);[1] Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur.[2]

Şövkət Səlimova
Doğum tarixi 25 dekabr 1920
Doğum yeri
Vəfat tarixi 2 iyul 1999 (79 yaşında)
Vəfat yeri
Mükafatları "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı — 1971
"Qırmızı ulduz" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur.

1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir.

1999-cu ildə Bakı şəhərində vəfat etmişdir[3].

Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur[1].

İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı[1]. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur[1].

1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti[1], tərbiyə üzrə prorektor[1] və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir[1][4].

1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır[3].