Fərat çapağanı


Vikimedia layihələrinə töhfə verənlər

Article Images

Fərat çapağanı (lat. Megacephala euphratica) — Sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ.

Fərat çapağanı
Elmi təsnifat

XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.

???:

Fərat çapağanı

Beynəlxalq elmi adı
  • Megacephala euphratica
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı

Böcəyin bədəninin uzunluğu 19 – 32 mm, rəngi göymtül yaşıldır, qanadüstlüklərinin ucunda sarı ləkə vardır, ətrafları sarıdır. Başı böyükdür, gözləri qabarıq, çənələri güclüdür, ətrafları uzun, nazik və sarı rənglidir.[1]

Şoran torpaq sahələri. Böcəklərə yaz və yayın başlanğıcnda rast gəlinir, gecə yırtıcısıdır, kiçik cücülər, qurdlar və ilbizlərlə qidalanır. Sürfələri dərin və geniş yuvalarda yaşayır və həmçinin kiçik cücülərlə qidalanır. Xəstəlikləri məlum deyildir.Təbii düşmənləri pişiklər, kirpiləri göstərmək olar. Böcəklərin bir qismi isə avtomobil təkərləri altında qalıb məhv olurlar.

Qərbi Türkmənistan, Cənubi Dağıstan, Azərbaycan (Abşeron, Muğan düzü).

Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır.

Şoran torpaqlarının meliorasiyası və istifadə edilməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər

redaktə

Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir. Şirvan Milli Parkında qorunur.[2]

Qorunması üçün məsləhət görülmüş tədbirlər

redaktə

Şirvan Milli Parkı ərazisində böcəklərin tutulmasını qadağan etmək lazımdır.

  1. Fərat çapağanı[ölü keçid]
  2. Azərbaycanın Qırmızı kitabının I nəşri