Feyzi Ağüzüm
Vikimedia layihələrinə töhfə verənlər
Article ImagesFeyzi bəy Əsədulla bəy oğlu İskəndərbəyov və ya Feyzi Ağüzüm (1922, Qars, Qars ili – 26 dekabr 1991, Ankara) — yazıçı, Azərbaycan Kültür Dərnəyinin rəhbəri (1973–1990)[1]
Feyzi Ağüzüm | |
---|---|
24 fevral 1973 – 24 fevral 1990 | |
Əvvəlki | İsgəndər Ağüzüm |
Sonrakı | Cəmil Ünal |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 26 dekabr 1991 |
Vəfat yeri | |
Atası | Əsədulla Ağüzüm[d] |
Feyzi Ağüzüm 1922-ci ildə Qarsda doğulmuşdur. İlk və orta təhsilini Qarsda başa vurduqdan sonra Ankara Universitetinin Ziraət fakültəsinə daxil olmuşdur. Təhsilini bitirdikdən sonra Türkiyə Kənd Təsərrüfatı Nazirliyində çalışmışdır. O, burada yüksək vəzifələrdə işləmişdir.
1949-cu ildən isə Azərbaycan Kültür Dərnəyinin işlərində böyük fəallıq göstərmişdir. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın təmasda olmuşdur. Sonralar Azərbaycan Milli Mərkəzinin üzvü və Azərbaycan Kültür Dərnəyinin başqanı olan Feyzi Ağüzüm "Azərbaycan" dərgisində çoxlu sayda dəyərli yazılar çap etdirmişdir.
Feyzi Ağüzüm 1991-ci ildə 26 dekabrda Ankarada vəfat etmişdir[2]
- Atası Əsədulla bəy İskəndərbəyov — Şörəyel Milli Şurasının sədri. Lətif, İsgəndər və Feyzi Ağüzümün atası. Ulu babaları XVIII əsrdə Şuşadan Qarsın Arpaçay ilçəsinə köçmüşdü. Tükəzban xanımla evlənmişdir. Cümhuriyyət qurulanda Əsədulla Ağüzüm Gəncəyə gəlmiş, 2 il orada çalışmışdı. 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra Əsədulla Ağüzüm yenidən Qarsa qayıdır[3] Şörəyel Milli Şurasının sədri Əsədulla Ağüzüm 1945-ci ildə vəfat etmiş, Qarsdakı Ortaqapı məhəlləsi qəbiristanlığında dəfn edilmişdir.[4]
- Hiyanet kadrosunu tanıyalım, Ankara, 1979
- [2] Arxivləşdirilib 2018-03-29 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ [1] [ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ "Arxivlənmiş surət". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-23.
- ↑ "Arxivlənmiş surət". 2023-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.
- ↑ "Arxivlənmiş surət". 2018-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-18.