I Ceyms (Şotlandiya kralı)


Vikimedia layihələrinə töhfə verənlər

Article Images

I Ceyms (ing. James I of Scotland; 25 iyul 1394, Danfermlin sarayı[d], Fayf[d]21 fevral 1437) — Şotlandiya kralı. Böyük qardaşı David Stüartın 1402-ci ildə şübhəli ölümünün ardından taxtın varisi oldu. O əsnada taxt naibi olan əmisi Robert Stüartın sui-qəsd tərtibləməsindən çəkinən dəstəkçiləri onu Fransaya qaçırmaq istəsə də, mindiyi gəmi ingilislər tərəfindən ələ keçirildi və Ceyms uzun illər əsir tutulduğu Londona aparıldı. İngiltərə kralı IV Henrinin əsarəti altında ikən atasının vəfatı xəbərini aldı və 11 yaşında Şotlandiya kralı elan olundu. Ancaq əsirliyi bitmədi. Özü Londonda tutuldu və Şotlandiyadakı əmisi Robert Stüart taxt naibliyinə davam etdi.

I Ceyms
ing. James I of Scotland
4 aprel 1406 – 21 fevral 1437
ƏvvəlkiIII Robert
SonrakıII Ceyms
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyul 1394
Doğum yeri
Vəfat tarixi 21 fevral 1437 (42 yaşında)
Vəfat səbəbi bıçaq xəsarəti[d]
Fəaliyyəti şair, yazıçı, əsilzadə
Atası III Robert (Şotlandiya kralı)
Həyat yoldaşı
Uşaqları
Ailəsi Stüartlar
Dini xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsasən London qəsriVindzor qalasında keçən əsarət illəri boyunca mükəmməl təhsil alan I Ceyms İngiltərə kralı V Henrinin Fransadakı hərbi yürüşlərində iştirak etdi. Əmisinin ölümündən sonra naiblik əmisinin böyük oğlu Murdok Stüartın əlinə keçdi. Ancaq çox keçmədən I Ceyms 1424-cü ilin aprelində azad buraxılaraq Şotlandiyaya göndərildi. 21 may 1424-cü ildə keçirilən tacqoyma mərasiminin ardından Şotlandiyada təkbaşına hakimiyyəti ələ alan I Ceyms, ingilis tərəfdarı olması və şotlandların uzun illərdir müttəfiq olduğu Fransaya qarşı ingilislərlə birgə yürüşlərdə iştirak etməsi səbəbilə yerli əyanlar tərəfindən xoş qarşılanmadı. Hakimiyyətini gücləndirmək üçün taxt iddiası ola biləcək qohumlarına qarşı sərt tədbirlər aldı. Bunların bir hissəsi həbs olundu, bir hissəsi isə sui-qəsdlə öldürüldü. Beləcə, I Ceymslə yerli əyanlar arasındakı sülh və barışıq ehtimalı tamamilə aradan qalxdı. Bu mübarizə I Ceymsin əmisi Uolter Stüart rəhbərliyində sui-qəsdlə öldürülməsinə səbəb oldu.

12 fevral 1424-cü ildə Londonda İngiltərə kralı III Eduardın nəvəsi Con Byufortun qızı Janna Byufortla evləndirildi. Cütlüyün 8 övladı doğuldu və bunlardan yalnız biri yetkinlik yaşına çatmadı.

  1. 1 2 3 4 Kindred Britain.
  2. 1 2 Lundy D. R. James I Stewart, King of Scotland // The Peerage (ing.).