Kiyoşi Şiqa


Vikimedia layihələrinə töhfə verənlər

Article Images

Kiyoşi Şiqa (志賀 潔, Şiqa Kiyoşi?, 7 fevral 1871[1], Senday, Miyaqi prefekturası25 yanvar 1957[1], Tokio[d], Yaponiya) və ya Kiyoşi SatoYaponiya bakterioloqu.[2]

Kiyoşi Şiqa
yap. 志賀潔
Doğum tarixi 7 fevral 1871[1]
Doğum yeri
Vəfat tarixi 25 yanvar 1957[1] (86 yaşında)
Vəfat yeri
Elm sahəsi tibb
İş yeri
  • Keyco İmperiya Universiteti[d]
Təhsili
Üzvlüyü
Mükafatları "Mədəniyyət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kiyoşi Şiqa 1871-ci ildə Yaponiyanın Senday hanında[a] doğulmuşdur.[2] 1896-cı ild Tokio Universitetinin tibb fakültəsinin bakteriologiya bölməsindən məzun olmuşdur.[3] O, Şibasaburo Kitazatonun başçılığı altında Yoluxucu Xəstəliklər İnstitutunda və Karantina Bürosunda işləyərkən[3] 1897-ci ildə dizenteriyanın törədicisi olan Shigella dysenteriae bakteriyasını kəşf etmişdir.[2] İki dəfə Almaniyaya səyahət edərək serologiya, immunologiyavərəm üzrə dərslər almış, Paul Erlixin tələbəsi olmuşdur.[2] 1906-cı ildə doktorat dərəcəsi almışdır.[3]

Yaponiyaya qayıtdıqdan sonra 1915-ci ildə Kitazato İnstitutunun yaradılmasında iştirak etmiş və institutun bir bölməsinin başçısı olmuşdur.[3] 1920-ci ildə Koreya general-qubernator xəstəxanasının direktoru seçilmişdir.[3] 1920-ci ildə Keyo Universitetinin professoru olmuş, daha sonra Seul şəhərində yerləşən Keyco Universitetinin professoru (1925) və prezidenti (1929–1931) təyin olunmuşdur.[2] Bu dövrdə Filippin, Hindistan, İtaliya, Britaniya və İsveç kimi ölkələri ziyarət etmişdir.[3]

1944-cü ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.[2] Kitazato İnstitutunun fəxri üzvüdür.[3]