Klassik mexanika


Vikimedia layihələrinə töhfə verənlər

Article Images

Fizikada klassik mexanika - mexanikanın iki əsas bölməsindən biri olub, qüvvələr sisteminin təsiri altında cisimlərin hərəkətini təsvir edən fizika qanunlarını əhatə edir. Cisimlərin hərəkətinin öyrənilməsi çox qədim tarixə getməklə, elm, texnika və texnologiyada klassik mexanikanı ən böyük və qədim fənn edir.

Klassik mexanika


Nyutonun ikinci qanunu

Tarixi
Fundamental anlayışlar
Fəza · Zaman · Kütlə · Qüvvə
Enerji · İmpuls
İfadələr
Nyuton mexanikası
Lanqraj mexanikası
Hamilton mexanikası
Hamilton-Yakobi formalizmi?
Bölmələri
Tətbiqi mexanika
Fəza mexanikası
Bütöv mühit mexanikası
Həndəsi optika
Statistik mexanika
Alimlər
Qalileo Qaliley · İohan Kepler · İsaak Nyuton · Leonard Eyler · Pyer Simon Laplas · Jan Leron Dalamber · Jozef Lui Laqranj · Vilyam Hamilton · Auqusto Koşi
Peykin planet ətrafında fırlanması klassik mexanikanın prinsipləri ilə izah olunur.

Klassik mexanika makroskopik obyektlərin hərəkətini, roketlərdən maşın hissələrinə kimi, eləcə də astronomik obyektlərin, məsələn, kosmik gəmilərin, planetlərin, ulduzların və qalaktikaların həkətini xarakterizə edir. Bununla yanaşı,fənn daxilində bir çox ixtisaslaşmalar qazları, mayelərı, bərk cisimlərı və başqa xüsusi mövzuları əhatə edir. Klassik mexanikanın işıq sürətinə yaxın olmayan sürətlə və böyük obyektlərlə məhdudlaşan mühitlərdə tətibiqi olduqca dəqiq nəticələr verir. Baxılan obyekt kifayət qədər kiçik olduqda, mexanikanın digər əsas bölməsi olan kvant mexanikasının daxil edilməsi zərurəti yaranır, hansı ki, cisimlərin atomik təbiətini makroskopik fizika qanunları ilə uzlaşdırır və atom və molekulların dalğa-zərrəcik dualizmini (ikili xüsusiyyətini) öyrənir. Obyektlərin işıq sürətinə yaxın yüksək sürətli hallarında, klassik mexanika xüsusi nisbilik nəzəriyyəsi ilə əvəzlənir. Ümumi nisbilik nəzəriyyəsi Nyutonun ümumdünya cazibə qanunu ilə xüsusi nisbilik nəzəriyyəsini özündə birləşdirməklə, fiziklərə dərin səviyyədə qravitasiya ilə işləmək imkanını verir.

Müəyyən məqsədlər üçün ölçüləri nəzərə alınmayan cismə deyilir. Məsələn Yer kürəsinin Günəş ətrafında hərəkətini öyrənərkən ona maddi nöqtə kimi baxmaq olar. Çünki Günəşin ölçüləri Yerdən dəfələrlə artıqdır. Bərk cismin irəliləmə hərəkətində onun bütün nöqtələri irəliləmə hərəkəti edir və onun istənilən bir nöqtəsini maddi nöqtə kimi qəbul edib həmin maddi nöqtənin hərəkətini öyrənmək olar.

Cisimin sərbəstlik dərəcəsi onun neçə ölçülü koordinat sistemində təyin olunmasından asılıdır. Məsələn, ikiölçülü və üçölçülü koordinat sistemində cismin sərbəstlik dərəcəsi uyğun olaraq 2 və 3 olur. Fəzada isə cismin 6 sərbəstlik dərəcəsi vardır. Firlanma hərəkəti ücün sərbəstlik dərəcəsi yazılmır.[mənbə göstərin]

Klassik mexanikaya aid Azərbaycan dilində səhifələr

redaktə