Maçi-yakunin


Vikimedia layihələrinə töhfə verənlər

Article Images

Maçi-yakunin (町役人?)Edo dövründə Yaponiyada çonin sinfindən olan şəhər və qəsəbə rəsmilərinə verilən titul.[1]

Edo dövründə Yaponiya şəhərləri və qəsəbələr birbaşa şoqunluğun nəzarətində olan maçi-buqyo adlı rəsmilər tərəfindən idarə olunurdu. Maçi-buqyoların şəhəri idarə etmək üçün heyəti olsa da, bu heyət xeyli kiçik olduğu üçün şəhər və ya qəsəbə administrasiyasında maçi-yakuninlərin əməkdaşlığından istifadə olunurdu.[1]

Maçi-yakuninlərin titulları, mükafatlandırılması, seçilməsi (bəzən irsən, bəzən seçki ilə) və spesifik funksiyaları şəhərdən şəhərə dəyişirdi. Lakin kiçik funksioner olmaları, hakimlər ilə əhali arasında vasitəçi rolu oynamaları ümumi səciyyə daşıyırdı. Edo şəhərində maçi-yaşiki məsələləri nanuşi (rayon ağsaqqalları), tsuki-qyoci (aylıq nümayəndələr) və yanuşi (ev başçıları) adı rəsmilər tərəfindən tənzimlənirdi. Bu iyerarxiya sayəsində Edonun maçi-buqyoları şəhərdəki məsələləri təşkil edə bilirdilər: mühafizə və yanğınsöndürmə dəstələri təşkil etmək, hökumət bildirişlərini çatdırmaq, mübahisələri həll etmək, çətinlikləri aradan qaldırmaq, qoyokin (xərac) toplamaq.[1]