Meksika filtrı


Vikimedia layihələrinə töhfə verənlər

Article Images

Meksika filtrı – inkişaf etməmiş ölkələrdə, xüsusilə, Meksikada baş verən film və televiziya səhnələri üçün istifadə olunan sarı və ya sepiya rəngli filtr.[1]

Tarixi

redaktə

2000-ci ildə buraxılmış "Traffik" filminin rejissoru Stiven Soderberq filmin Meksikada baş verən səhnələri üçün sarı filtrdən istifadə etmişdir. Tezliklə ABŞ və Avropadakı film istehsalçıları Latın Amerikası və Cənub-Şərqi Asiyada baş verən səhnələri fərqləndirmək üçün bu filtrdən istifadə etməyə başlamışdırlar.[1]

2008-ci ildə yayımlanan, hadisələri Meksika ilə əlaqəli olan "Breaking Bad" serialında sarı rəngli filtrın tez-tez istifadə olunmasından sonra fanatlar bu filtrı "Meksika filtrı" adlandırmışdırlar.[1] "Meksika filtrı" termini 2023-cü ildə baş verən Kanada meşə yanğınları zamanı Nyu-York şəhərinin görünüşünü təsvir etmək üçün istifadə olunmuşdur.[2]

İstifadə

redaktə

Sarı rəngin isti iqlim, kriminalistika, təhlükə ilə əlaqələndirilməsi Meksika filtrından istifadəyə səbəblər kimi göstərilir.[1] Rejissorlar "üçüncü dünya ölkəsi" estetikası yaxalamaq üçün bu filtrı tətbiq edirlər.[3] Meksika filtrının istifadə olunduğu bəzi film və seriallar:

Tənqid

redaktə

Meksika filtrı Meksika və Cənub-Şərqi Asiya ölkələrini steriotipik təsvir etdiyinə görə tənqid olunur və haqqında internet memləri hazırlanır.[1][5][7]

İstinadlar

redaktə

  1. 1 2 3 4 5 6 "The 'Mexican' Movie Filter Is Worse Than We Thought". Cracked (ingiliscə). 29 iyul 2021. İstifadə tarixi: 7 sentyabr 2024.
  2. "The Internet Thinks NYC Looks Like It Has 'Mexico Filter'—We Explain". Remezcla. İstifadə tarixi: 7 sentyabr 2024.
  3. 1 2 "Yellow Filter: A Cinematic Technique Or Pushing Stereotypes?". Media Diversity Institute (ingiliscə). 25 iyun 2020. İstifadə tarixi: 7 sentyabr 2024.
  4. "Mexicans wince at Hollywood's sepia portrait". The Christian Science Monitor. İstifadə tarixi: 7 sentyabr 2024.
  5. 1 2 "10 Clapback Memes About the Yellow 'Mexican Filter' That Hollywood Over-Uses In Movies". Mitu (ingiliscə). 16 avqust 2021. İstifadə tarixi: 7 sentyabr 2024.
  6. "'X' Review". The Digital Fix. İstifadə tarixi: 7 sentyabr 2024.
  7. "Mexican Filter". Know Your Meme. İstifadə tarixi: 7 sentyabr 2024.