Pink gölü


Vikimedia layihələrinə töhfə verənlər

Article Images

Pink gölü (ing. Pink Lake; fr. Lac Pink) — Kanadanın Kvebek əyalətində, Qatino şəhərinin yaxınlığındakı Qatino Parkda yerləşən meromiktik tipli göl. Yay dövründə gölün səthi suda yaşayan yosunların sayına görə yaşıl görünür. İnsan fəaliyyətinə göl evtrofikasiyalaşmış və göl təhlükəli hala düşmüşdür. Qatino Park idarəsi göldə çimməyi, gölə daş atmağı, yanında ev heyvanları ilə gəzməyi qadağan edib.

Pink gölü
ing. Pink Lake
Mənzərə
Mənzərə
Ümumi məlumatlar
Tipi Meromiktik
Mütləq hündürlüyü 166 m
Yerləşməsi
45°28′05″ şm. e. 75°48′25″ q. u.HGYO
Ölkə  Kanada
Əyalət
  • Kvebek

Pink gölü xəritədə

Pink gölü

Pink gölü

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

Göl adını 1826-cı ildə bu bölgədə yaşamış və ferma təsərrüfatı ilə məşğul olmuş irland ailədən almışdır.

Xüsusiyyətlər

redaktə

Meromiktik xüsusiyyətlərinə görə Pink gölündə qədim bakteriya formaları yaşayır. Bu bakteriya formaları fotosintez etmək üçün oksigendən deyil, kükürddən istifadə edir. Oksigenlə zəngin olmayan hissələrdə səthdən 7 metr qalınlığında bu bakteriya formalarından ibarət qat yaranmışdır.

2006-cı ildə göldə elmi işlər aparılmışdır.

Mədəniyyət

redaktə

Fred Varqasın "Qanı əlimdən yaxşı yu" romanında hadisələr bu göl ətrafında baş verir.[1]

İstinadlar

redaktə

  1. Jakeman, Jane. "Wash This Blood Clean From My Hand by Fred Vargas, trans. Sian Reynolds". The Independent. February 21, 2007. İstifadə tarixi: 2010-08-29.[ölü keçid]

Xarici keçidlər

redaktə