Vilyam Somerset Moemin əsərlərinin siyahısı


Vikimedia layihələrinə töhfə verənlər

Article Images

Vilyam Somerset Moem (1874 – 1965) — Böyük Britaniya dramaturqu, romançısı və qısa hekayə müəllifidir. Atasının işlədiyi Böyük Britaniyanın Parisdəki səfirliyində anadan olan Somerset Moem 10 yaşında yetim qalmışdır.[1] Buna görə də onun qayğısına əmisi qalmışdır. Əmisi Moemin keşiş və ya mühasib olmasını istəmişdir. Lakin o, özünü həkim kimi sınamağa qərar vermişdir. Heç vaxt peşəkar səviyyədə həkimlik etməsə də, ilk romanının ("Lambetli Lizası") nəşr olunduğu 1897-ci ildə həkim olmağı bacarmışdır.[2]

Vilyam Somerset Moemin
biblioqrafiyası
Kitablar16
Romanlar20
Məqalələr189
Kolleksiyalar16
Pyeslər25
Redaktə etdiyi kitablar19
Toplanmış nəşrlər22
İstinadlar və qeydlər

İlk romanının nəşrindən bir il sonra Moem jurnallara və dövri nəşrlərə töhfə verməyə başlamışdır. Əvvəlcə qısa hekayələr yazsa da, daha sonra öz fikirlərinin əks olunduğu məqalələrə, qeyri-bədii və avtobioqrafik əsərlərə, məktublara keçmişdir. Qeyri-bədii əsərlərinin çoxu kitab şəklində nəşr olunmuşdur və müxtəlif mövzuları əhatə etmişdir: səyahət, aktual hadisələr, avtobioqrafiya və belles-lettres. Moem bir çox kitabların redaktoru olmuşdur. 1903-cü ildə ilk pyesi "Şərəf insanı" Londondakı İmperiya teatrında tamaşaya qoyulmuşdur. Romanlarının və hekayələrinin bir çoxu daha sonra ekranlaşdırılmışdır.

Vəfat etdiyi 1965-ci ildə Moem XX əsrin ən uğurlu və yazıçılarından biri kimi dəyərləndirilmişdir. "The Times" qəzetinin nekroloq müəlliflərindən biri Moemi "dövrünün ən özünə inanan ingilis yazıçısı" adlandırmışdır.[3][4]

Roman və hekayə kolleksiyaları

redaktə

  1. Connon, 2004
  2. Raphael, 1976. səh. 16–20
  3. Sanders, 1982. səh. 22
  4. Ashley, 2008. səh. 62–63
  5. Occhiogrosso, 1989. səh. 214–16
  6. Thomas, 1990. səh. 40–41